Bakıda yol qəzası olub, hamilə qadın xəsarət alıb

17:58 - 26 Noyabr 2019 - HADİSƏ

Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində avtomobil qəzası baş verib. 

Hadisə zamanı üç nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə barədə məlumat təcili yardıma saat 13:46-da daxil olub. Hadisə yerindən 25 yaşlı hamilə qadın sol ayağın əzilməsi, 26 yaşlı kişi sol qaşüstü nahiyəsinin əzilməsi və 24 yaşlı kişi qapalı kəllə-beyin və burun sümüyünün sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir./report

Xəbər xətti