Avtomobil 130 metr hündürlükdən uçuruma yuvarlandı - VİDEO

17:09 - 25 Noyabr 2019 - HADİSƏ

Çində avtomobilin 130 metr hündürlükdən uçuruma yuvarlama görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Ucnoqta.az xəbər verir ki, insident ölkənin cənubunda yerləşən Guangyuan şəhərində qeydə alınıb.

Kadrlarda, hərəkətdə olan avtomobil anidən döngədə sürücünün idarəetməsindən çıxdığı və uçuruma yuvarlandığı görülür.

Yerli medianın məlumatına görə, deformasiyaya uğramış taksinin sürücüsü sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Xəstəxanadan onun həyatı üçün heç bir təhlükənin olmadığını söyləyiblər.

Qəzadan sonra avtomobil qaldırıcı qaran vasitəsi ilə düşdüyü yerdən çıxarılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

 

 

Xəbər xətti