Qara dənizdə gəmi çevrildi: 14 min qoyun tələf oldu – VİDEO

16:06 - 25 Noyabr 2019 - HADİSƏ

Qara dənizdə 14,600 qoyun daşıyan yük gəmisi çevrilib. Ucnoqta.az xəbər verir ki, Palau bayrağı altında üzən “Queen Hind” gəmisi, Rumıniyadan Səudiyyə Ərəbistanın Ciddə şəhəri istiqamətinə doğru hərəkət edib.

Məlumata görə, hadisə Midiya limanından çıxdıqdan bir qədər sonra naməlum səbəblərdən baş verib.

Bildirilir ki, heyvanlar qəfəslərdə olduğundan çoxu boğularaq tələf olub. Xilas edicilər yalnız 32 qoyunu xilas edə bilib.

Suriyalılardan ibarət 22 ekipaj üzvündən isə yalnız bir nəfər xəsarət alıb.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

 

 

Xəbər xətti