Qadın 50 il “prava”sız maşın idarə etdi: Polis biləndə “ŞOK”a düşdü – FOTO

İtaliyada polis yaşlı qadın sürücünü 5 min avro cərimələyib. Ucnoqta.az xəbər verir ki, maraqlı hadisə ölkənin şimalında yerləşən Pordenone əyalətində baş verib.

Məlumata görə, italiyalı qadın noyabrın 18-də Trevio şəhərində baş verən 3 yol-nəqliyyat hadisəsinin iştirakçısı olub. Qəza yerinə gələn polis müəyyən edib ki, hadisəyə səbəb olan 77 yaşlı qadın 50 ildir  avtomobilini sürücülük vəsiqəsiz idarə edir. Qadın isə asayiş keşikçilərini inandırmağa çalışıb ki, əslində onun vəsiqəsi olub, sadəcə istifadə müddəti bitib.

Onun bəxti onda gətirib ki, İtaliyada bir neçə il bundan qabaq vəsiqəsiz avtomobil idarə etmək cinayət tərkibi olmaqdan çıxarılıb. Yoxsa adı çəkilən pozuntuya görə, o, 30 min avro ödəməli olacaqdı. Qadın yeni qanunlara əsasən sadəcə 5110 avro (9700 Azn)cərimə ödəyəcək. Avtomobilinə isə artıq həbs qoyulub. Bununla yanaşı, yaşlı qadın günahsızlığını sübut etməli və sürücülük vəsiqəsini Udine şəhər polis idarəsində gətirəcəyi barədə söz verməlidir.

 

Namiq Musayev

Tarix
23 Noyabr 2019 [12:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-23 12:35:15
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin