Bakıda avtomobil 32 yaşlı qadını vurub

22:52 - 22 Noyabr 2019 - HADİSƏ

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Qəza metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında qeydə alınıb. Taksi fəaliyyəti göstərən minik avtomobili yolu keçmək istəyən 1987-ci il təvəllüdlü Quliyeva Məryəm Rəhim qızını vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır./Apa

Xəbər xətti