Nazpəri Dostəliyeva "Dözmədim Sənsizliyə" adlı klipini təqdim etdi

Xalq artisti Nazpəri Dostəliyeva “Azərkitab” Kitab Təbliğatı Mərkəzində "Dözmədim Sənsizliyə" adlı klipini təqdim edib.

Ucnoqta.az xəbər verir ki, xalq artisti təqdimatının kitab mərkəzində keçirilməsinin əsas məqsədinin gənc nəsildə kitaba maraq yaratmaq olduğunu bildirib: "Bu gün gənc nəslin mütaliəyə böyük ehtiyacı var. Mən məhz bu məqsədlə təqdimatı kitab mərkəzində keçirtmək istədim. Düşünürəm ki, bu sənətçilər arasında bir ənənəyə çevrilməlidir".

Mahnının və klipin ərsəyə gəlmə prosesindən danışan Xalq artisti mahnıda duet ortağını da ictimaiyyətə təqdim edib. Mahnının eyni zamanda söz yazarı olan Eltəkin Səfərəliyevin ixtisasca stamatoloq olduğunu diqqətə çatdırıb.

Sonra rejissoru Şahnaz Ayazqızına aid olan klip mediaya təqdim olunub və jurnalistlərin sualları cavablandırıb.
Qeyd edək ki, "Dözmədim Sənsizliyə" mahnısının musiqisi Nailə Mirməmmədliyə aiddir.

Tarix
22 Noyabr 2019 [22:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-22 22:06:32
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin