Bakıda “Kamaz” körpüdən aşıb: 2 nəfər ölüb - FOTO

17:07 - 22 Noyabr 2019 - HADİSƏ

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsində qeydə alınıb. “Shacman” markalı yük maşını körpüdən aşıb. Nəticədə yük maşınında olan iki nəfər ölüb. Dünyasını dəyişən şəxslərin kimliyi məlum olub. Onlar Masallı rayon sakinləri - 1990-cı il təvəllüdlü Əzim Ağabəy oğlu Məmmədov və 1992-ci il təvəllüdlü Xəzər İntiqam oğlu Hüseynovdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. /Apa

 

 


Xəbər xətti