Naxçıvan Nazirlər Kabinetinə 500 min manat ayrılıb

16:16 - 22 Noyabr 2019 - Xəbər

Prezident İlham Əliyev "Əlil və şəhid ailələrinin mənzil təminatı ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncamla əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsi məqsədilə Prezidentin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 500 000 manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.

Xəbər xətti