Bakıda şadlıq evindən oğurluq olub- Foto

15:48 - 22 Noyabr 2019 - HADİSƏ

Binəqədidə yerləşən şadlıq saraylarından birinin mühafizəçi otağından oğurluq edilib.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi rayonunda yerləşən şadlıq saraylarından birinin mühafizəçi otağından oğurluq edilib. Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə müraciət edən obyektin mühafizəçisi orada olan seyfdən 5000 ABŞ dolları və 2020 manatın naməlum şəraitdə oğurlandığı bildirib. Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi və Hacıqabul RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Saatlı rayon sakini Eldəniz Şükürov Hacıqabul rayonu ərazisində saxlanılıb və o, ifadəsində etdiyi cinayəti etiraf edib.

Faktla bağlı 7-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar vasra ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.


Xəbər xətti