Ər uşağına daha çox diqqət ayırdığı üçün arvadını öldürdü

15:42 - 22 Noyabr 2019 - HADİSƏ

Braziliyanın Rio-de-Janeyro şəhərində ər uşağının gözü qarşısında arvadını öldürüb.

22 yaşlı Patrik Azavedo Silva arvadı, 17 yaşlı Mariya Eduarda Limanı körpəsi qucağında olan zaman başına və əlinə odlu silahdan atəş açaraq öldürüb. Buna səbəb isə ananın övladına daha çox vaxt ayırması olub.

“Mariyanın uşağa məndən çox diqqət ayırmasına paxıllığım tutdu”, - deyə qatil bildirib.
“Dailystar”in məlumatına görə, valideynləri Mariyanın orqanlarını bağışlayacaqlarını deyiblər./oxu.az

Xəbər xətti