Pikassonun “Şlyapalı qadın”ı 6,9 milyon dollara satıldı - FOTO

17:52 - 22 Noyabr 2019 - DİGƏR

Pablo Pikassonun 1941-ci ildə çəkdiyi “Şlyapalı qadın” əsəri Torontoda “Heffel Fine Art Auction House” hərracında 9,1 milyon Kanada dollarına (6,9 ABŞ dolları) satılıb.

TASS-ın məlumatına görə, bu barədə hərrac evinin saytında xəbər verilib. Kətan üzərində yağlı boya ilə çəkilən əsərdə Pikassonun ilham pərisi  və sevgilisi Dora Maar təsvir olunub.

Qeyd edək ki, Pikassonun çəkdiyi rəsmlər dünyanın ən bahalı əsərlərindən hesab olunur. Onun “Əlcəzairli qadınlar” əsəri ötən il hərracda 179,4 milyon dollara satılmışdı.


Xəbər xətti