Sərnişin avtobusu xəndəyə aşdı: 1 ölü, 17 yaralı - FOTO

13:30 - 22 Noyabr 2019 - HADİSƏ

Dominikan Respublikasında sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, daha 17 nəfər isə xəsarət alıb. Ucnoqta.az xəbər verir ki, insident ötən gün ölkənin şərqində yerləşən El Naranho yaşayış məntəqəsi ərazisində qeydə alınıb.

Məlumata görə, sürücüsünün idarəetməsində olan avtobus sürüşkən yolda idarəetmədən çıxaraq xəndəyə aşıb. Yaralılar ambulanslarla xəstəxanalara çatdırılıb.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Xəbər xətti