İki təlim təyyarəsi toqquşdu: 2 pilot ölüb - FOTO

13:18 - 22 Noyabr 2019 - HADİSƏ

ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus iki “Northrop T-38 Talon” təlim təyyarəsinin toqquşması nəticəsində 2 pilot həlak olub. Ucnoqta.az xəbər verir ki, hadisə ötən gün Oklahoma ştatında yerləşən Vens aviabazası ərazisində qeydə alınıb.

Məlumata görə, qəza yerinə yetirilən uçuş təlimi zamanı baş verib.

İnsidentin digər təfərrüatları barədə hələlik açıqlama verilmir.

Bildirilir ki, artıq bu ABŞ-da son 15 ay ərzində “Northrop T-38 Talon” təyyarələrinin iştirakı ilə baş vermiş ikinci qəza hadisəsidir.

 

Namiq Musayev

 

Xəbər xətti