Bakıda evdən 3000 manat oğurlayan qardaşlar saxlanılıb

12:52 - 22 Noyabr 2019 - HADİSƏ

Bakıda evdən ötən ay oğurluq edən qardaşlar saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 21-də Binə qəsəbəsindəki evlərdən birinin həyətindən 5 ev quşu oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş İ.Pirverdiyev və qardaşı saxlanılıb.

Ətraflarında aparılan tədbirlərlə onların oktyabrın 31-də evlərin birindən 3000 manat oğurlamaları da müəyyən edilib.

Xəbər xətti