BDU-nun ölən tələbəsinin fotosu yayıldı

12:40 - 22 Noyabr 2019 - Xəbər

Bakı Dövlət Universiteti mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova dünən zəhərlənərək həyatını itirən Xasmətova Şəkər Faiq qızının fotosunu paylaşıb.

O, paylaşımında universitetin müəllim kollektivinin dərindən kədərləndirdiyini də bildirib: “Fizika fakültəsinin IV kurs tələbəsi Xasmətova Şəkər Faiq qızının vaxtsız vəfatı universitet kollektivini dərindən kədərləndirdi. Şəkər Xasmətova universitetdə təhsil aldığı dörd il ərzində müəllim və tələbə kollektivinin dərin hörmətini qazanıb, savadı və tərbiyəsi ilə seçilib, dərslərdə öz bilik va bacarığını nümayiş etdirib.

Şəkərin müəllimləri və tələbə dostları, bütün universitet kollektivi onun bu dünyadan nakam köçməsini ürək yanğısı ilə qarşılayıblar. Təəssüf ki, qabiliyyətli və tərbiyəli tələbəmiz, gələcəyin çox istedadlı mütəxəssisi və vətəndaşı dünyasını vaxtsız dəyişdi. Bu hadisədən üzüldüyümüzü bildirir, Şəkər Xasmətovanın ailəsinə, yaxınlarına dərin hüznlə bağsaşlığı verir, səbr diləyirik. Allah rəhmət eləsin!”.
/lent.az

Xəbər xətti