Heydər Əliyev prospektində qəza -Tıxac var-Foto

10:57 - 22 Noyabr 2019 - HADİSƏ

Bakının əsas prospektlərindən birində baş verən qəza nəticəsində yol bağlanıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumatına görə, hadisə Heydər Əliyev prospektində (Dövlət Neft Fondu binası yaxınlığında) üzü Koroğlu metrosu istiqamətində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində yol infrastrukturuna da ziyan dəyib.

Hadisə yerinə təcili tibbi yardım briqadası da cəlb olunub. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, hazırda hadisə baş verən hissəyədək hər iki istiqamətdə sıxlıq müşahidə olunur.


Xəbər xətti