Bakıda naməlum şəxlər 32 yaşlı kişini küçədə döyüb bıçaqladılar

22:49 - 21 Noyabr 2019 - HADİSƏ

Bakıda 32 yaşlı kişi küçədə döyülüb.

Hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Vəliyev Murtuz Hüseyn oğlu Nizami rayonu, Qara Qarayev prospekti 39 saylı ünvanın qarşısında gedərkən iki nəfər tanımadığı şəxs onun yolunu kəsərək mübahisə edib.

Mübahisə nəticəsində naməlum şəxslər M.Vəliyevi döyərək bıçaqlayıb və hadisə yerindən qaçıblar.
Faktla bağlı araşdırmalar aparılır./trend

Xəbər xətti