Bakıda iki uşağın üzərinə qaynar su tökülüb

09:49 - 21 Noyabr 2019 - HADİSƏ

Bakıda ikisi azyaşlı olmaqla 3 nəfər yanıb.

Hadisə Xəzər rayonu, Binə südçülük sovxozunda qeydə alınıb.

Məlumata görə, hər üç şəxsin üzərinə qaynar su tökülüb.
Səhiyyə Nazirliyindən bildirilib ki, yanıq xəsarəti alan 3 nəfər barədə məlumat təcili yardıma saat 22.32 də daxil olub: "Xəzər rayonu, Binə südçülük sovxozuna gələn həkim briqadası yanıq xəsarətləri alan 32 yaşlı qadını, 3 yaşlı oğlanı və 5 yaşlı qızı 5 saylı Xəstəxananın Yanıq şöbəsinə çatdırıb. Həkimlər onlara aşağı ətrafların 2-ci və 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyublar"./report

 

Xəbər xətti