Cəlilabadda elektrik ustasını dirəkdə cərəyan vurub öldürdü

Cəlilabad rayonunda elektrik ustası bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə rayonun Xəlilabad kəndində baş verib. Rayonun Zopun kənd sakini, "Azərişıq" ASC-nin Cənub RETSİ-nin Cəlilabad Elektrik Şəbəkəsində elektrik ustası işləyən, 1990-cı il təvəllüdlü Rəciyev Qurban Ərəstun oğlu Xəlilabad kənd orta məktəbinin yaxınlığında həmin məktəbi elektrik enerjisi ilə təmin edən transformatora daxil olan elektrik naqillərini saxlayan dirəyə çıxaraq təmir işləri ilə əlaqədar kəsdiyi naqilləri bir-birinə bağlayarkən onu elektrik cərəyanı vurub.

Q.Rəciyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb./trend

Tarix
20 Noyabr 2019 [20:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-20 20:39:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin