Dünya üzrə alüminium istehsalı artıb

16:56 - 20 Noyabr 2019 - Xəbər

Bu ilin oktyabr ayında dünyada alüminium istehsalının həcmi sentyabr ayı ilə müqayisədə 73 min ton və yaxud 3,4% artaraq 2,228 milyon tona çatıb.


Bu barədə Beynəlxalq Alüminium İnstitutunun (IAI) hesabatında bildirilir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə isə qlobal alüminium istehsalının həcmi 14 min ton və ya 0,6% artıb./report

Xəbər xətti