Zərdabda dəmirçi sexindən pul oğurlayan şəxs saxlanılıb

15:35 - 20 Noyabr 2019 - Xəbər

Zərdabda dəmirçi sexindən pul oğurlayan şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da Gəlmə kəndi ərazisindəki dəmirçi sexlərinin birindəki seyfdən 500 manat oğurlamaqda şübhəli bilinən Əlibəyli kənd sakini E.Hüseynov saxlanılıb.

Xəbər xətti