Murad Dadaşovun mağazasında ölüm

Xalq artisti Murad Dadaşovun sahibi olduğu “Côte d`Azur” şirniyyat mağazasıda ölüm hadisəsinin olması barədə məlumat yayılıb.

Axşam.az saytının xəbərinə görə, müştərilərdən biri mağazada ürəktutmadan dünyasını dəyişib. Dadaşovun mətbuat xidməti məlumatı “Qafqazinfo”ya təsdiqləyib. Amma qeyd olunub ki, sözügedən xanım şirniyyat evinin müştərisi olmayıb:

“Dünyasını dəyişən şəxs nə mağazanın işçisi, nə də müştərisidir. Sadəcə həmin xanım məhz şirniyyat evinin qarşısından keçərkən halı pisləşib. Həmin vaxt məkanda olan işçi, müştərilər bayıra çıxaraq qadına yardım ediblər və onu içəri keçiriblər. Çox güman ki, infarkt keçirib. Təcili yardım çağırılıb, lakin həkimlər gələnədək xanım ölüb”. 

Tarix
20 Noyabr 2019 [15:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-20 15:17:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin