Qubad İbadoğlu: "Bu sistem insanların pensiya almamasına hesablanıb"

15:04 - 20 Noyabr 2019 - Xəbər

“Sentyabrın birində minimm əmək haqqı 250 manat, minimum pensiya 200 manata qalxdı. Söhbət minimumdan aşağı səviyyədən gedir, bi bir tərəfədn bahalaşma ilə müşahidə olunmaqdadır.İstehlaka yönəlmiş xərclərin 6,9 faizi ərzağa gedir. Bu o deməkdir ki, əhali qazancının yarısını ərzağa xərcləyir”.

Bu fikirləri iqtisadçı Qubad İbadoğlu səsləndirib. O əslində ölkədə minimum əmək haqqının deyildiyi qədər olmadığını söyləyib.
“Azərbaycanda minimum əmək haqqı 350 manatdır demək olmaz. Qeyri-neft və qeyri-dövlət sahəsində çalışanlarda əmək haqqı 250 manat təşkil edir. O 250 manatlıq maaşdan 7,50 gəlir vergisi, 7,50 manat sosial ayrılmalar, 1 manat 25 qəpik işsizliyə görə sosial sığorta götürülür.Ümumi hesabladıqda maaş 250 manat yox, 235 manat 25 qəpikdir.Təmiz əmək haqqı məhz bu qədərdir. Yəni minimum əmək haqqı əslində 250 manatdır demək yalnış olardı.

Minimum pensiyanın artırılması pensiyaya çıxış imkanlarının da məhdudlaşdırılmasına gətirib çıxarır.Yəni, pensiyaya çıxmaq üçün lazım olan tələblər də avtomatik olaraq artır.200 manatı 144-ə vurmaq lazımdır. Pensiyaya çıxmaq üçün minimum kapital məbləği 28800 manat olmalıdır.Ya 25 il iş stajı sənədin, ya da 28800 manat sığorta hesabında pensiya kapitalın olmalıdır. Bu yoxdursa, vətəndaş pensiya əldə edə bilmir. Bu halda qanun 130 manat qocalıq müavinəti nəzərdə tutur. Kişilərdə 67 qadınla, 62 yaşda. Əgər kişlər duldursa və ya himayəsində azyaşlı uşaq varsa bu hədd 62 yaşa endiriir, qadınların himayəsində az yaşlı uşaq varsa yaş həddi 57 yaşa endirilir. 130 manat istənilən halda çox azdır və insan 25 il yox 20 il işləyibsə niyə pensiya almamalıdır?Gələcəkdə minimum pensya qalxsa sığorta kapitalının da tələbi artacaq.

Belə çıxır ki, pensiya artımı məsələsi əslində faktiki olaraq 10 minlərlə insanı pensiyasız qoymaq demək olacaq. Məsələ bundadır ki, pensiyaya çıxmaq üçün minimum pensiya kapitalı minimum pensiya ilə əlaqəlidir. Sabah minimum pensiya 250 manata qalxsa, bu kapital 36 min manat təşkil edəcək. 32 il işləmək lzımdır ki bu kapital dolsun. Sabah minimum pensiya qalxsa bu 32 il yenə kifayət etməyəcək.Bu sistem insanların pensiya almamasına hesablanıb”.

Həll yolu nədir?. Məncə, stajı və minimum kapitala qoyulan tələb azaldılmalıdır.minimum kapitalı endirmək lazımdır. Bunu hakimiyyət büdcə vəsaitləri hesabına ödəyə bilər . Ən azından 50 faizini hökumət ödəməlidir. Bu məsələdə biz MDB üzrə biz yalnız Tacikistanı qabaqlaya bilərik. Bizdə pensiyaçıların sayı ele çox deyil ki azaltmağa çalışaq. Azərbaycanda 1000 nəfərə 129 pensiyaçı düşür, bu Ermənistanda 154 , Rusiyada 296, Belarus 273 təşkil edir. Onlarla müqayisədə bizdə göstərici xeyli azdır. Pensiyaçı sayının az olduğu ölkədə pensiya çıxışını niyə bu qədər çətinləşdirilər. İnsanlar ömür boyu dövlətə havayı işləməlidirlər? Sonda da 130 manat müavinətə möhtac qalmaq üçün?/bizimyol.info

Xəbər xətti