Sürücülərə ŞAD XƏBƏR: Mobil etibarnamə istifadəyə verilir

Noyabrın 22 -dən etibarən mobil etibarnamə istifadəyə veriləcək.

Bu barədə məlumatı 22 noyabr- ədliyyə işçilərinin peşə bayramı günü ərəfəsində Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Ədliyyə sahəsində rəqəmsal transformasiya və innovasiyalar” mövzusunda ictimai təqdimatda çıxış edən nazirliyin İKT idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

O bildirib ki, vətəndaşlar mobil telefon vasitəsi ilə nəqliyyat vasitəsinə aid etibarnaməni verə biləcəklər: "Sistem çox sadədir. Mobil tətbiqə daxil olaraq etibar etdiyiniz nəqliyyat vasitəsini seçirsiniz, etibar etdiyiniz şəxs barədə məlumatı qeyd edirsiniz və etibarlıq müddətini seçirsiniz. Daha sonra isə ödənişi edərək 5 dəqiqə ərzində siz istədiyiniz şəxsə etibarnamə verə bilərsiniz"./publika.az

Tarix
20 Noyabr 2019 [13:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-20 13:41:45
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin