"Tottenhem"ə yeni baş məşqçi təyin olunub

11:28 - 20 Noyabr 2019 - İDMAN

Joze Mourinyo İngiltərənin "Tottenhem" komandasının baş məşqçisi təyin olunub.

56 yaşlı portuqaliyalı mütəxəssis ilə 2022/23 mövsümünün sonuna qədər müqavilə bağlanılıb. O, bu postda uğursuz nəticələrə görə istefaya göndərilən Maurisio Poçettinonu əvəzləyib.

Qeyd edək ki, ötən ilin dekabrında uğursuz nəticələrlə əlaqədar “Mançester Yunayted”in baş məşqçi postundan kənarlaşdırılan Mourinyo “Çelsi”yə də rəhbərlik edib. O, həmçinin vətənində “Portu”, İtaliyada “İnter”, İspaniyada isə “Real Madrid”in sükanı arxasında olub./report

Xəbər xətti