Yeni çəkilən Bakı-Şamaxı yolunda çatlar yaranıb

Bu gün yenidən qurulması aparılan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun təqribən 108-ci km-də asfalt-beton örtükdə eninə çat əmələ gəlib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Ölkə.Az"a verilən məlumata görə, həmin çatın yaranma səbəbləri mütəxəsislər tərəfindən araşdırılıb.
"Sözügedən ərazidə 15-16 metr hündürlükdə tökmə qrunt var və həmin qruntun təbii yatması nəticəsində asfalt-beton örtükdə çat əmələ gəlib. Ərazidə heç bir sürüşmə qeyd alınmayıb. Bu tip tikinti prosesində belə təbii yatmanın baş verməsi normal hesab olunur və bunun yolun konstruksiyasına heç bir təsiri yoxdur. Yolun tikintisini həyata keçirən podratçı şirkət tərəfindən sözügedən ərazi qısa müddət ərzində bərpa ediləcək".

Tarix
19 Noyabr 2019 [19:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-19 19:09:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin