Üç avtobus toqquşdu: 11 ölü, 25 yaralı - FOTO

12:13 - 19 Noyabr 2019 - HADİSƏ

Meksikada 3 avtobusun toqquşması ilə baş verən ağır yol qəzasında azı 11 nəfər ölüb, 25 nəfər isə xəsarət alıb. Ucnoqta.az xəbər verir ki, insident ötən gün yerli saatla 20.00 radələrində Mexiko ştatının Mexiko-Paçuka şosesinin 16-cı kilometrliyində qeydə alınıb.

Polisin məlumatına görə, hər üç avtobusun sürücüsü qəzadan sonra hadisə yerini tərk ediblər.

Hadisə yerinə polis, xilasedicilər və səhiyyə briqadaları cəlb olunub.

 

Namiq Musayev

 

 

Xəbər xətti