Qadın sürücünün maşının üzərinə benzin töküb yandıran şəxsin - VİDEOsu

Türkiyənin Adana vilayətində rayon sakininin avtomobilini yandıran şəxs saxlanılıb. Ucnoqta.az xəbər verir ki, insident ötən gün gecə saatlarında Kozan rayonunda qeydə alınıb.

Məlumata görə, Mahmud məhəlləsində yerləşən Kozan orta məktəbin yaxınlığında naməlum şəxs, Sibel Mantaşa məxsus 01 GS 307 qeydiyyat nişanlı minik avtomobilinin üzərinə benzin tökərək yandırıb. Maşın yandığına əmin olduqdan sonra cinayətkar hadisə yerindən qaçıb.

Hadisənin görüntüləri isə təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Vətəndaşların xəbər verməsi ilə hadisə yerinə gələn yanğınsöndürmə briqada əməkdaşları yandırılan maşını söndürüb.

Yanğınla bağlı araşdırmalara başlayan polis, təhlükəsizlik kamerasını gözdən keçirərək hadisədə şübhəli bilinən şəxsi saxlayıb. Onun sorğusu davam etdirilir.

 

Namiq Musayev

 

Tarix
19 Noyabr 2019 [11:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-19 11:48:21
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin