Qəza törədən sürücü sükan arxasında infarkt keçirdi – VİDEO

Türkiyənin Kastamonu vilayətində sükan arxasında infarkt keçirən sürücü dünyasını dəyişib. Ucnoqta.az xəbər verir ki, insident Tosya rayonunun Ahşap sənaye istiqamətində qeydə alınıb.

Məlumata görə, Əhməd Pekərin (43) idarə etdiyi “Tofaş” markalı minik avtomobillə, yol kənarında park edilmiş Fateh Saqızçıya məxsus “BMW” markalı minik maşınını arxadan vurub.

O anda iş yerinin qarşısında dayanan Fateh Saqızçı hadisənin baş verdiyi yerə gedib.

Avtomobilinə çırpılan nəqliyyat vasitəsinin sürücüsünü sükan arxasında hərəkətsiz  vəziyyətdə olduğunu görən Fateh, dərhal səhiyyə işçilərinə xəbər verib.

Əhməd Pekər təcili tibbi yardım maşınların köməkliyi ilə xəstəxanaya çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatının xilas etmək mümkün olmayıb.

Polis faktla bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

 

 

Tarix
18 Noyabr 2019 [19:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-18 19:32:59
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin