Bakıda evdən 53 500 manatlıq oğurluq

19:00 - 18 Noyabr 2019 - HADİSƏ

Abşeron rayonunda oğurluq hadisəsi baş verib. 

Hadisə Masazır qəsəbəsi ərazisindəki evlərin birində, noyabrın 11-də qeydə alınıb. Sözügedən evdən 53.500 manat dəyərində geyim və məişət əşyaları oğurlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Masazır qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar – B.Aslanov və Q.Məmmədov saxlanılıblar./qafqazinfo

Xəbər xətti