Ailə yığıncağı zamanı dəhşətli qətl: 4 ölü, 6 yaralı - VİDEO

12:25 - 18 Noyabr 2019 - HADİSƏ

ABŞ-da ailə yığıncağı zamanı dəhşətli qətl hadisəsi törədilib. Ucnoqta.az xəbər verir ki, insident ötən axşam Kaliforniya ştatının Frenso şəhərində qeydə alınıb.

Məlumata görə, ailə üzvləri dostları ilə birgə futbol matçını izləməyə yığışıblar. Bu arada naməlum şəxs və ya şəxslər evin arxa bağçasından daxil olaraq odlu silahdan atəş açıblar.

Nəticədə 10 nəfər yaralanıb.

Bildirilir ki, onlardan 3 hadisə yerində, 4-ü isə xəstəxanada dünyasını dəyişib.

Polis hadisə yerinə gələn vaxt cinayətkarlar qaçaraq gizləniblər.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

 

Xəbər xətti