Ermənistanda dəm qazı “qırğını” - Nənə və 4 nəvə öldü

09:44 - 17 Noyabr 2019 - HADİSƏ

Ermənistanda nənə və 4 nəvə dəm qazından zəhərlənərək ölüb. Ucnoqta.az xəbər verir ki, insident ötən gün İrəvandan 25 kilometr aralıda Nor-Açin şəhərində qeydə alınıb.

Məlumata görə, gecə saat 01.00 radələrində polis və səhiyyə işçiləri İsahakyan küçəsində yerləşən 11 otaqlı evə çağırılıblar. Hadisə yerinə gələn əməkdaşlar evdən 77 yaşlı Janna Simonyan, 16 yaşlı Edvard M., 12 yaşlı Serine M., 15 yaşlı Tiqran S. və 14 yaşlı Janna M.-nın cəsədlərini aşkarlayıblar. Onların mətbəxdəki sobadan sızan qazdan zəhərləndikləri ehtimal olunur.

Bildirilir ki, dünyasını dəyişənlər Simonyanın nəvələri olub. Ölənlərdən 2-si hamamda, 3-ü isə yataq otağında tapılıb.

Həmçinin qeyd edilir ki, uşaqların anası və atası bir müddət əvvəl boşanıblar və Ukraynada yaşayırlar. Uşaqlar isə dayısı və nənəsinin himayəsində yaşayıblar.

 

Namiq Musayev

Xəbər xətti