Finlandiya tarixində ilk dəfə Avro-2020-yə yüksəlib

Futbol üzrə Finlandiya yığması 2020-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə qazanıb.

Sözügedən komanda J qrupu çərçivəsində Lixtenşteynlə ev oyununda 3:0 hesablı qələbəyə imza atmaqla, qrup ikincisi olub. J qrupunda daha öncə İtaliya yığması birinciliyi təmin etmişdi. İkinci pillə isə məhz xallarının sayını 18-ə çatdıran Finlandiyaya qismət olub.

Finlandiya yığması tarixində ilk dəfə qitə birinciliyində mübarizə aparacaq. 5,5 milyin əhalisi olan bu ölkə daha çox hokkey klubları, ralli sürücüləri, nizə atma idmançıları ilə məşhurdu. Finlandiya dünya və Avropa çempionatlarında iştirak etməyən tək Skandinaviya ölkəsi idi ki, artıq bu həsrətə də son qoyuldu.

Finlandiya Avropa çempionatlarında mübarizə aparan 34-cü ölkə kimi tarixə düşəcək./matc.az

Tarix
16 Noyabr 2019 [12:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-16 12:00:10
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin