Bakıda “HR Summit Baku 2019” keçirilir- Foto

12:31 - 15 Noyabr 2019 - Xəbər

“HR BAKU” MMC və Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) birgə təşkilatçılığı ilə noyabrın 15-də Bakıda “HR ummiSt Baku 2019” beynəlxalq tədbiri keçirilir.

Assosiasiyanın idarə heyətinin sədri Tural Məmmədov tədbir barədə geniş məlumat verib. O, insan resurslarının inkişafı və idarə edilməsi barədə danışıb.

Qeyd edilib ki, 700-dək iştirakçının qatıldığı HR sammitində beynəlxalq və yerli qurumların peşəkar mütəxəssisləri insan resurslarının idarəçiliyi üzrə ən yaxşı təcrübəni paylaşırlar. Sammit çərçivəsində məruzəçilər tərəfindən işçi sayının optimallaşdırılması, korporativ nüfuz, dəyişikliklərin idarə olunmasında və işçi məmnunluğunda HR-ın rolu, eləcə də digər aktual mövzular ətrafında geniş təqdimatlar gözlənilir.

Tədbirdə Kanada, İngiltərə, Pakistan, Portuqaliya, Macarıstan, Almaniya, Rusiya, Fransa və Türkiyədən olan spikerlər karyeralarının müxtəlif pillələrindəki idarəetmə prosesləri və şərtlərdən danışıb, sammit iştirakçıları ilə təcrübələrini bölüşüblər.


Xəbər xətti