Mikayıl Cabbarov deputatların təklifinə cavab verdi

15:05 - 14 Noyabr 2019 - Xəbər

İqtisadiyyat naziri Mikayıl Cabbarov ali məktəb dərsliklərinin ƏDV-dən azad edilməsi ilə bağlı deputatların təklifinə cavab verib.

Ucnoqta.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ümumtəhsil və peşə məktəblərindən fərqli olaraq burada vahid sifarişçi yoxdur: “Bildiyiniz kimi, ali təhsil çox böyük transformasiyalara uğrayıb. Bir çox hallarda dərslik hansısa məşhur alimin iqtisadi ədəbiyyatı da ola bilər. Bu elmi ədəbiyyat da ola bilər. Bu da ali təhsil məktəbləri üçün dərslik kimi meyarların izlənilməsində çətinliklər yaradır. Bütün bunlara baxmayaraq, biz Təhsil Nazirliyində olan həmkarlarımızla da məsləhətləşmələr aparırıq. Çalışarıq ki, müvafiq qaydada mütləq bu məqamları nəzərə alaq”.

 

Xəbər xətti