Azərbaycanlı qadında QİÇS aşkarlandı, kişilər müayinə üçün poliklinikalara üz tutdu

11:05 - 14 Noyabr 2019 - Cəmiyyət

Türkiyənin Karaman şəhərində əxlaq polisi fahişələrə qarşı əməliyyat keçirib. 

Oxu.Az xəbər verir ki, əməliyyat zamanı aralarında Natavan adlı qadının da olduğu beş nəfər saxlanılıb.
Sənədləşdirmə və tibbi müayinə başa çatdıqdan sonra Natavan Türkiyədən deportasiya edilib.
Tibbi müayinənin nəticəsi isə şəhəri bir-birinə qatıb. Belə ki, nəticəyə əsasən, Natavanda QİÇS virusu aşkarlanıb.

Nəticələr açıqlandıqdan sonra şəhərdəki bir çox kişilər müayinə üçün poliklinikalara müraciət edərək, yoxlanışdan keçmək istədiklərini bildiriblər. 

Xəbər xətti