Bu gün Azərbaycan yığması Lixtenşteynlə qarşılaşacaq

10:55 - 14 Noyabr 2019 - İDMAN

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. 

Rəqib Lixtenşteyn yığması olacaq. Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək qarşılaşma CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Hazırda Azərbaycan 5 oyundan, Lixtenşteyn isə 4 oyundan 3 xalla 2-ci qrupda 5-6-cı yerləri bölüşür.  Milan Obradoviçin baş məşqçi olduğu kollektiv sentyabrın 6-da "cırtdanlar"la görüşdən 0:1 hesablı məğlubiyyətlə ayrılıb. Avropa çempionatıSeçmə mərhələ, 2-ci qrup18:00. Azərbaycan - Lixtenşteyn

Hakimlər: Lukas Sotiriyu, Xaralambos Xaralambus, Yannis Lazaru, Kiriakos Xristodulu

Sumqayıt, “Kapital Bank Arena”./report

 

Xəbər xətti