Azərbaycanlı mühacir Fransada saxlanılıb - Foto

Azərbaycanlı mühacir Rəfail Priyev Fransada saxlanılıb.

Bir neçə il əvvəl Azərbaycandan Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyən R.Priyevin barəsində Berlin Əyalət Məhkəməsinin qərarı ilə deportasiya qərarı çıxarılıb.

Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin (BAMF) əməkdaşları ötən gün deportasiya qərarının icrası üçün polis əməkdaşları ilə birgə R.Priyevin Berlində yaşadığı evə getsələr də, sonuncunun Fransaya qaçdığı məlum olub.

Azərbaycan vətəndaşı Almaniya Federal Daxili İşlər Nazirliyinin təqdimatı ilə Fransada bir qaçqın düşərgəsində saxlanılıb.

Onun yaxın günlərdə barəsində olan deportasiya qərarının icrası üçün Almaniyaya göndərilməsi gözlənilir./report

Tarix
14 Noyabr 2019 [10:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-14 10:35:47
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin