Ağ Evdə Trampla Ərdoğanın görüşü başlayıb

21:46 - 13 Noyabr 2019 - DÜNYA

ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonda görüşü başlayıb. 

Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanı Ağ Evdə Donald Tarmp xanımı Melania Trampla qarşılayıb.
Qeyd edək ki, görüşdən əvvəl ABŞ prezidenti bildirib ki, Türkiyə prezidenti ilə şəxsi dostluq münasibətləri var və onu Ağ Evdə xanımı Əminə Ərdoğanla qarşılamaqdan şərəf duyur.

Rəcəb Tayyib Ərdoğan isə qeyd etmişdi ki, Ağ Evdə ikitərəfli və heyətlərarası görüşdə öz fikirlərini bildirəcəyini deyib.
Donald Tarmp Suriya ərazisindən ABŞ qoşunlarının geri çəkilməsində haqlı olduğunu bildirib.  Görüşdə 100 milyard dollarlıq ticarət həcmindən, F-35 və S-400 mövzularında müzakirələrin olunacağını bildirib. Həmçinin o, Türkiyə  ilə birgə İŞİD üzvlərilə mübarizədə uğurlu nəticələr əldə edildiyini deyib./Apa

Xəbər xətti