Qusarda toyda qan töküldü

15:40 - 13 Noyabr 2019 - HADİSƏ

Qusar rayonunda toyda dava düşüb.

Hadisə rayonun Gican kəndində qeydə alınıb.

Kənddə keçirilən toy mərasimində kənd sakini Əlimətov Gülməmməd Gülməd oğlu sərxoş vəziyyətdə toy məclisində həmkəndlisi, 48 yaşlı Xanbubayev Adil Sabir oğlu ilə mübahisə edib.

Davaya çevrilən mübahisə nəticəsində G.Əlimətov A.Xanbubayevi yerə yıxaraq onu boğmaq istəyib. A.Xanbubayev özünü müdafiə üçün üzərində gəzdirdiyi bıçaqla G.Əlimətova üç bıçaq zərbəsi endirib.
Yaralı xəstəxanaya yerləşdirilib. A.Xanbubayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb./oxu.az

Xəbər xətti