"Bakı"nın sabiq baş məşqçisi Türkiyə klubundakı vəzifəsindən istefa verib

20:41 - 12 Noyabr 2019 - İDMAN

Türkiyə Super Liqasında çıxış edən "Antalyaspor" komandasının baş məşqçisi Bülent Korkmaz istefa verib.

Bu barədə 51 yaşlı mütəxəssis rəsmi "Instagram" hesabında paylaşım edib. O, klub rəhbərliyinə təşəkkür etdiyini bildirib.

Qeyd edək ki, Bülent Korkmaz 2018-ci ilin iyun ayından "Antalyaspor"a rəhbərlik edib. O, 2009-2010 mövsümündə Azərbaycanda "Bakı" klubunun baş məşqçisi olub.
Antalyaspor" 11 turdan sonra 11 xalla 15-ci pillədə qərarlaşıb./report

 

Xəbər xətti