Sərnişin təyyarəsi eniş zamanı zolaqdan çıxaraq aşıb - VİDEO

09:09 - 12 Noyabr 2019 - HADİSƏ

ABŞ-da “American Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi yaranan buz təbəqəsi səbəbindən uçuş-eniş zolağından kənara çıxaraq aşıb. Ucnoqta.az xəbər verir ki, insident ötən gün O`Hara beynəlxalq hava limanında baş verib. Hadisənin görüntülərini bir sərnişin tərəfindən qeydə alınıb.

Kadrlarda, hava gəmisinin eniş etdiyi və qarlı zolaqda manevr edən zaman sağ qanadı üstə aşdığı görülür.

Bildirilir ki, təyyarə Şimali Karolina ştatının Qrinsboro şəhərindən havaya qalxıb, göyərtədə 38 sərnişin və 3 ekipaj üzvü olub. Onlar təxliyə ediliblər. Hadisə vaxtı xəsarət alan olmayıb.

Qeyd edək ki, qeyri hava şəraiti ilə əlaqədar O`Hara Beynəlxalq Hava Limanında təxminən 450 reys təxirə salınıb.

 

Namiq Musayev

 

Xəbər xətti