Bu qəzadır, yoxsa qətl? - VİDEO

18:02 - 11 Noyabr 2019 - HADİSƏ

Yakutiyada 49 yaşlı sürücü ağır yol qəzası törədib. Ucnoqta.az xəbər verir ki, insident noyabrın 9-dan 10-nuna keçən gecə Aldan şəhərində baş verib.

Məlumata görə, qarlı yolda yüksək sürətlə hərəkətdə olan sürücü, naməlum səbəbdən yol kənarında irəliləyən yeniyetməni vurub və sonra da binanın divarına çırpılıb. Nəticədə yeniyetmə hadisə yerində dünyasını dəyişib, sürücü isə xəstəxanaya çatdırılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

 

Xəbər xətti