Ronaldo ilə baş məşqçi arasında GƏRGİNLİK: əvəzlənməsinə etiraz etdi - VİDEO

12:23 - 11 Noyabr 2019 - İDMAN

Dünən İtaliya A Seriyasının 12-ci turunun mərkəzi qarşılaşması “Yuventus”la “Milan” arasında keçirilib.

 “Yuventus”un 1:0 hesabı ilə qalib gəldiyi matçda Kriştiano Ronaldo diqqət mərkəzinə düşüb. O, 55-ci dəqiqədə əvəzlənməsinə görə baş məşqçi Mauritsio Sarriyə etiraz edərək birbaşa paltardəyişmə otağına yollanıb.
Ronaldonun yerinə meydana daxil olan Paulo Dibala isə “Yuventus”un qələbə qolunu vurub. Oyundan sonra açıqlama verən Sarri Ronaldonu zədəli olduğu üçün əvəzlədiyini söyləyib.

“Ronaldo oynamaq üçün əlindən gələni etdi. Ancaq gördüm ki, özünü yaxşı hiss etmir və onu əvəzləməyin daha yaxşı olacağını düşündüm. Ən yaxşısını ortaya qoyan bütün oyunçular əvəzləndiyi zaman əsəbləşir”./baku.ws

Xəbər xətti