İki sərnişin avtobusu toqquşdu: 2 ölü, 40 yaralı - VİDEO

20:08 - 10 Noyabr 2019 - HADİSƏ

Tanzaniyanın cənubunda iki avtobusun iştirakı ilə baş verən qəzada 2 nəfər ölüb,  40-dan çox insan xəsarət alıb. Ucnoqta.az xəbər verir ki, insident bu gün gecə saatlarında Mbeya bölgəsinin İqava yaşayış məntəqəsində qeydə alınıb.

Məlumata görə, “Ilasi” şirkətinə məxsus sərnişin avtobusu, “Mbeya Express” şirkətinə aid avtobusa çırpılıb. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.

Bildirilir ki, hər iki avtobus ölkənin iri şəhərlərindən olan Dar-es-Salamdan yola çıxıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

 

Xəbər xətti