Qonşu-qonşusunun avtomobilini yandırdı - VİDEO

20:53 - 9 Noyabr 2019 - HADİSƏ

Qonşusunun avtomobilini yandıran şəxs polis tərəfindən saxlanılıb. Ucnoqta.az xəbər verir ki, insident Türkiyənin Zonquldaq vilayətində qeydə alınıb.

Məlumata görə, Alaplı rayonunun Durxanlı kəndində 33 yaşlı Ş.Ü. evinin qarşısında park etdiyi avtomobilin bir müddət sonra yandığını fərq edib. Maşının sahibi vəziyyəti tez yanğınsöndürmə briqadalarına xəbər verib. Hadisə yerinə gələn mühafizə bölmələrinin əməkdaşları nəqliyyat vasitəsini alovdan mühafizə ediblər. Bundan sonra polis yanğınla bağlı araşdırmalara başlayıb. Polis, apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili Ş.Ü.-nün qonşusu M.A.-nın yandırdığını müəyyən edib.

Şübhəli qonşu polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb.

 

Namiq Musayev

 

Xəbər xətti