Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb

Xarici İşlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər nazirləri Şurasının Antalyada keçirilən iclası çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb. 

XİN-dən APA-ya verilən məlumata görə, Baş katib Bağdad Amreyev Türk Şurasının Bakı Zirvə Görüşünün yüksək səviyyədə təşkilindən məmnunluq ifadə edib və Azərbaycanın bu kimi tədbirlərin keçirilməsi təcrübəsini yüksək dəyərləndirib. Baş Katib TDƏŞ-ə artan marağı qeyd edərək, bir çox ölkələr tərəfindən təşkilatda müşahidəçi qismində qoşulmaq istəyinin ifadə edildiyini bildirib.

Təşkilatın qarşıda duran əsas vəzifələrinə toxunan B.Amreyev üzv ölkələrinin energetika nazirlərinin görüşünün keçirilməsi məsələsinin gündəlikdə durduğunu qeyd edib.
Öz növbəsində nazir Elmar Məmmədyarov TDƏŞ gündəliyində duran başlıca məsələlərlə bağlı verilən ətraflı məlumata görə təşəkkür edərək, təşkilatın reallaşdırmağı nəzərdə tutduğu tədbir və layihələri təqdir edib.

Tərəflər həmçinin təşkilatın fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə ediblər.

Tarix
9 Noyabr 2019 [20:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-09 20:19:18
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin