Türkiyədə SES-də partlayış oldu - Yaralılar var

23:38 - 8 Noyabr 2019 - DÜNYA

Türkiyənin Ordu şəhərinin Akkuş mahalında Umut-1 Su Elektrik Stansiyasında (SES) partlayış olub.

“Qafqazinfo” Türkiyə mediasına isitnadən xəbər verir ki, stansiyanın istehsalat müəssisəsindəki partlayışda 4 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Akkuş bələdiyyə sədri İsa Dəmirçinin sözlərinə görə, hadisəyə qaz sızması səbəb olub. Hadisə yerində araşdırma aparılır.

Xəbər xətti