Bakıda ağır yol qəzası: Mikroavtobus "KamAZ"a çırpıldı

20:42 - 8 Noyabr 2019 - HADİSƏ

Bakının Qaradağ rayonunda baş vermiş yol qəzası nəticəsində xəsarət alan 3 nəfərdən birinin vəziyyəti ağır olaraq qalır.

Yaralıların müalicəsi xəstəxanada davam etdirilir. Hadisə isə Səngəçal terminalının qarşısında qeydə alınıb. Avtoqəzanın səbəblərinə gəlincə, məlum olub ki, "KamAZ" markalı yük maşınının sürücüsü geriyə doğru manevr etmək istəyib. Bu vaxt Bakıdan Salyan istiqamətində hərəkətdə olan mikroavtobus ona çırpılıb.

Hazırda qəza ilə bağlı araşdırmalar aparılır./Apa

19:50
Bakının Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib. 


Hadisə Bakı-Qazax şosesinin Qaradağ rayonunun ərazisinə düşən hissəsində, DYP-nin stasionar postunun yaxınlığında qeydə alınıb. Məlumata görə, “Ford” markalı sərnişin mikroavtobusu yük avtomobilinə çırpılıb.

Qəza zamanı çoxlu sayda xəsarət alanların olduğu bildirilir. Qəza nəticəsində xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib.

Əlavə məlumat veriləcək./Apa

Xəbər xətti