Bakıda ticarət mərkəzindən qızıl oğurlandı - Foto

18:28 - 8 Noyabr 2019 - HADİSƏ

Səbail rayonunda yerləşən Ticarət Mərkəzlərindən birində qızıl alqı-satqısı dükanından oğurluq edilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, zərərçəkən sahibkar polisə müraciət edərək dəyəri iki min manat olan üzüyün naməlum şəraitdə oğurlandığını bildirib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törədən əvvəllər məhkum olunmuş paytaxt sakini Elvin Məmmədzadə saxlanılıb.
O, ifadəsində törətdiyi cinayəti etiraf edərək oğurladığı üzüyü metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında satdığını bildirib.

Qeyd edək ki, E.Məmmədzadənin obyektdən oğurluq etməsi mağazanın müşahidə kameraları vasitəsilə də anbaan lentə alınıb.

Elvin Məmmədzadə barəsində 39-cu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində göndərilib. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Səbail Rayon Polis İdarəsi və ya 39-cü Polis Bölməsinə müraciət edə bilərlər./oxu.az

 


Xəbər xətti